“KRAUN KO-R” MMC

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi, dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmişdir.Ölkənin taxıla olan tələbatının tam ödənilməsi üçün real tədbirlərin görülməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsində yeni intensiv texnologiyalardan geniş tətbiq edilir. Bu istiqamətdə Respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır və müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. KRAUN KO-R MMC Azərbaycanda taxıl məhsulları istehsal edən, ən böyük təssərüfat kompleksidi. KRAUN KO-R MMC – yə on minlərlə hektar münbit torpaq, həmçinin taxıl saxlanma anbarları məxsusdur. Bu metodların tətbiqi istehsalda səmərəliliyi yüksəltməklə yanaşı, həm də təbii resurslardan dayanıqlı istifadəyə imkan verir. Agro-Land-Az MMC və KRAUN KO-R MMC Azərbaycanı dünyada şərəflə təmsil etməkdən qürur duyur. 

Əlaqə: +99450 403 58 58

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ev 118 E, məhəllə 2061, AZ1029